Daily Archives: 27.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI YUSİF NƏBİYEV

Стандартный

Yusif Elton oğlu Nəbiyev (27 may 2002Aşağı ZeynəddinAğdaş rayonuAzərbaycan — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Yusif Nəbiyev 27 may 2002-ci ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuşdur. Subay idi.

Yusif Nəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.  2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Yusif Nəbiyev 9 oktyabr 2020-ci ildə FüzuliCəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ ƏSƏDOV

Стандартный

Əli Bayram oğlu Əsədov (27 may 2000Şahsevən TəzəkəndAğcabədi rayonuAzərbaycan — 11 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əli Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində anadan olmuşdur. 2007-2017-ci illərdə Ağcabədi rayon Şahsevən Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra 2 illik şəxsi təsərrüfatla məşğul olmuşdur.

Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

 Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmiş,11  oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.