VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMİR KƏRİMOV

Стандартный

Elmir Rəhim oğlu Kərimov (26 may 1998HənifəBalakən rayonu — 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub.

2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb.

Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.  2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

 Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində   iştirak edib. Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.