
Ruslan Hikmət oğlu Abbasov (25 may 2000; Sahil, Qaradağ rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,
Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.
2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.
Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur. 16 oktyabrda Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.