Daily Archives: 25.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: COŞQUN BAYRAMOV

Стандартный

Coşğun Ənvər oğlu Bayramov (25 may 1991QəmərvanQəbələ rayonu – 8 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Coşğun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.  Ailəli idi. Bir oğlu yadigar qaldı.

Coşğun Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsiində iştirak edib.   Oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı həlak olub. Qəbələ rayonunun Qəmərvan kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN ABBASOV

Стандартный

Ruslan Hikmət oğlu Abbasov (25 may 2000SahilQaradağ rayonuAzərbaycan — 14 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 

Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.

Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur. 16 oktyabrda  Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.