Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992; İmişli, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur.
Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır.
Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.