Daily Archives: 24.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALLAHVERDİ TAĞIYEV

Стандартный

Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992İmişliAzərbaycan — 27 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur.

Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır.

Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.