Natiq Yusif oğlu Əliyev (22 may 1989; Gəncə şəhəri, Azərbaycan SSR, SSRİ — 16 noyabr 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Natiq Əliyev 22 may 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. . Natiq ailənin 3 övladından biri olub. Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyi başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb.
Natiq Əliyev 2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), kiçik çavuş kimi fəaliyyət göstərib.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan—Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən (MAXE) Kiçik çavuş Natiq Əliyev 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən həlak olmuşdur. 17 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və doğulduğu Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.