Daily Archives: 21.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN HƏSRƏTOV

Стандартный

Elməddin Sərdar oğlu Həsrətov (21 may 1997QarasuçuGoranboy rayonuAzərbaycan — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Daxili Qoşunlarının əsgəri.

Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdı Subay idi.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

 Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur.  Elməddin Həsrətovun nəşi 26 iyun 2021-ci ildə tapılmış və 27 iyun tarixində Goranboy rayonunun Qarasuçu kəndində dəfn olunmuşdur.

Реклама