VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR AMİD HEYDƏROV

Стандартный

Amid Rəbbil oğlu Heydərov (20 may 1988Lerik – 3 oktyabr 2020Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Mayor Amid Heydərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı həlak olub. Lerik şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.

Обсуждение закрыто.