Təhmasib Hikmət oğlu Qarayev (18 may 1996; Kəbirli, Ağcabədi rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.
Təhmasib Qarayev 18 may 1996-cı ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2003-2013-cü illərdə Mirzə Ələkbər Sabir adına Ağcabədi rayon Kəbirli kənd tam orta məktəbdə təhsil almışdır. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinə qəbul olmuşdur. 2017-ci ildə ali məktəbi iqtisadiyyat və idarəetmə ixtisasına yiyələnərək bitirmişdir. Subay idi.
Təhmasib Qarayev 2017-ci ildə hərbi xidmətə çağırılmışdır. .. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmiş, sonra xidmətini eyni hərbi birləşmədə müddətdən artıq olaraq çavuş rütbəsində davam etdirmişdir.
Təhmasib Qarayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.. 22 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün doğulduğu Ağcabədi rayonunun Kəbirli kəndində dəfn olunmuşdur.
Для отправки комментария необходимо войти на сайт.