İman Tarverdi oğlu Alməmmədov (17 may 1999, Kolanı, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açmışdır. Orta təhsilini əvvəlcə, Şahbuz rayon Kolanı kənd orta məktəbində, sonra isə Babək rayon Vayxır kənd məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.
İman Alməmmədov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Для отправки комментария необходимо войти на сайт.