VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD HƏBİBOV

Стандартный

Murad Asəf oğlu Həbibov (15 may 2001QubaAzərbaycan – 3 noyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Həbibov Murad Asəf oğlu 15 may 2001-ci ildə Quba şəhərində anadan olmuşdur. 2008-ci ildə Quba şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və həmin məktəbi 2019-cu ildə bitirmişdir. Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılmışdır.

Hərbi xidmətini Goranboy rayonunda başlamış və təlimləri bitirdikdən sonra  Tərtər rayonuna göndərilmişdir.  Komandirləri və döyüş yoldaşları tərəfindən cəsur bir minaatan kimi tanınmışdır. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan biri olmuşdur. Murad Həbibov 2020-ci ilin 3 oktyabrında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 5 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn edilmişdir. 2021-ci ilin yanvar ayında Quba şəhərində küçələrin birinə şəhid Həbibov Muradın adı verilmişdir.

Обсуждение закрыто.