Daily Archives: 14.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN RZAYEV

Стандартный

Hüseyn Aslan oğlu Rzayev (14 may 1994NovosaratovkaGədəbəy rayonu – 26 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rzayev Hüseyn Aslan oğlu 1996-cı il may ayının 14 də Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olub. 2002-ci ildə həmin kənddə orta məktəbə gedib, 2013-cü ildə bitirib.

2014-cü ildə hərbi xidmətə yollanıb. 2016-cı ildən müddətdən artıq hərbi xidmətdə olub, üç il Gədəbəy ərazisində xidmət edib. 2020-ci ilin aprel ayında hərbidən təxris olunub.

21 sentyabr 2020-ci ildə könüllü olaraq yenidən hərbiyə yola düşüb. BaşkəndFüzuli bölgələrində qəhrəmanlıqlarıyla seçilib.

26 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub. 23 noyabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.