Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.
Baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb və noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.