Daily Archives: 12.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR UMAROV

Стандартный

Anar Məhəmməd oğlu Umarov (12 may 1991Yevlax – 2 noyabr 2020Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.

Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998–2009-cu illərdə Ş. Qurbanov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

Anar Umarov 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunda yerləşən  hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Kiçik çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама