Daily Archives: 11.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAMANƏT İBRAHİMOV

Стандартный

Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989Salyan rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub.  1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb.

Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində, 2011-2014-cü illərdə Göygöl rayonuda, 2014-2017-ci illərdə Goranboy rayonunda, 2017-ci ildən isə Naftalanda yerləşən hərbi hissələrdə xidmət edirdi.

Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahmov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib və döyüşlərin birinci günü həlak olub. Salyan rayonunda dəfn edilib.

Реклама