Bəhruz Firuz oğlu Quliyev (9 may 1990; Goranboy rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Bəhruz Quliyev 9 may 1990-cı ildə Goranboy rayonunda Firuz Quliyevin və Möhtərəm Quliyevanın ailəsində anadan olmuşdur. Ailəsi ilə birgə sonradan Naftalan şəhərinə köçmüşdür. 1996-2007-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 qızı yadigar qaldı.
Bəhruz Quliyev 2008-ci ildə hərbi xidmətə çağırılmışdır. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl—Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. ı Bəhruz Quliyev o döyüşlərdə, Tərtər rayonunun Talış kəndi istiqamətində atıcı olaraq vuruşmuşdur.
Bəhruz Quliyev döyüşlərdən sonra Azərbaycan—Ermənistan təmas xəttində, Tərtər rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirmişdir.
Bəhruz Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmiş, 4 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət tapılmayan nəşi həmin ilin 11 oktyabr tarixində humanitar atəşkəs gedişatında tapılaraq ailəsinə təhvil verilmiş, Naftalan şəhərində dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.