Ədalət Səadət oğlu Hüseynli (8 may 1992; Fərəcullalı, Cəlilabad rayonu, Azərbaycan — 21 dekabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur.[1] Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır.
2020-ci ilin iyul—sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı 2 dəfə yaralanmış, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir.
Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və vəfat etmişdir.
Для отправки комментария необходимо войти на сайт.