Daily Archives: 07.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PENCALI HÜSEYNOV

Стандартный

Pencalı Bəhmən oğlu Hüseynov (7 may 2001; Qaralı kəndi; Neftçala rayonuAzərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur.  2018-ci ildə Qaralı kənd məktəbini bitirmişdir.  

Pencalı Hüseynov 2 iyul 2019-cu il tarixində  hərbi xidmətə yollanmışdır. 26 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak etmişdir. Pencalı Hüseynov 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına  həlak olmuşdur. Oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAZIM MƏMMƏDSALAHOV

Стандартный

Kazım Sahib oğlu Məmmədsalahov (7 may 1989QoxmuqŞəki rayonuAzərbaycan — 7 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kazım Məmmədsalahov 7 may 1989 Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. Ailəli idi.

Kazım Məmmədsalahov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında uzun müddət idi ki, müddətdən artıq hərbi xidmət edirdi.

 Məmmədsalahov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində sürücü-mexanik olaraq iştirak etmişdir.   Kazım Məmmədsalahov 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.