
Pərviz Tufan oğlu Rüstəmov (6 may 1992, Samux rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu,
Pərviz Rüstəmov 6 may 1992-ci ildə Azərbaycan Respublikasının Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə dəvam etmişdir. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur.
Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən müxtəlif istiqamətlərdə döyüşərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək həlak olmuşdur. Bir müddət nəşi neytralda qalmışdır. 30 oktyabr 2020-ci il tarixində ailəsinə təvil verilmiş və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.