Daily Archives: 01.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR RÜSTƏMOV

Стандартный

Vüqar Kamil oğlu Rüstəmov (1 may 1994; XarxarGədəbəy rayonu — 16 noyabr 2020; Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Vüqar Rüstəmov 1994-cü il mayın 1-də Gədəbəy rayonunun Xarxar kəndində anadan olub. 2000–2011-ci illərdə E. Məmmədov adına Xarxar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İdris adlı bir oğlu yadigar qaldı.

Vüqar Rüstəmov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.  Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Noyabrın 16-da Gədəbəy rayonunun Xarxar kəndində dəfn edilib.

Реклама