Daily Archives: 30.01.2022

YƏQİN GENERAL ƏFƏLLƏYİB, DEPUTAT XANIM JALƏ ƏHMƏDOVA KÖNÜLLÜ AXTARIR…

Стандартный

Xanım deputat Jalə Əhmədova elan verib ki,  könüllü yığır.

Yüksək rütbəli xanımların könüllülər yığdığı  tarixdən məlumdur. Misir kraliçası Kleopatra, rus çariçası İkinci Yekaterina da könüllülər yığıblar. Bu elanı görən kimi istədim mən də CV göndərəm, məni burda başa saldılar ki, Mirzə, sən bu könüllülüyə yaramırsan. Dedilər yaşın çoxdur, özün də əfəlləyib getmisən, sən bir könüllə xanımın nəyinə yarayacaqsan, belə işdə əsas könül deyil, Mirzə, əzələdir…

Məsələni başa düşüb çox utandım…

Və məsələ orasındadır ki, Jalə Əhmədovaya deputat mandatını salyanlılar verməyiblər, mandatı ona bir salyanlı verib və o salyanlının adı lplastik kütlə generalı Vaqif Axundovdur. Və bu general ona görə plastik kütlə generalıdır ki, Salyanda Sovet hökumətinin on milyonlarla qızıl rubla tikdiyi plastik kütlə zavodunu özəlləşdirib. Yox, “özəlləşdirib”  yox, özəlləşdirib” abırıl sözdür. Çırpışdırıb…

Bu zalım oğlu, yəni Salyanda milis maşınının sürücüsü olmuş mərhum Əlibalanın oğlu bu zavodu çırpışdırmaqla məhdudlaşsaydı, dərd yarı idi. Dərd isə yarı deyil, boğazacandır. Plastik kütlə generalı yanında işləyən gözəşirin xanımı aparıb oturdub deputatxanada…

“Xanım sənə, xanım sənə mandat alım…”

Azərbaycanda bir adamın bir düyməsi yox, iki düyməsi açıq olanda hoydu-horduya götürürlər. Yəni ki, xalqın qeyrətinə, namusuna toxunmur.

Bəs parket ya plastik kütlə generallarının cavan xanımları oturtduğu parlament namusa toxunmur?

Əldəqayırma məhkəmələr xalqın namusuna toxunmur?

Hampazor, quldur icra başçılar xalqın namusuna toxunmur?

Yox, mən mövzudan yayındım. Cəhənnəmə toxunsun, gora toxunsun. Ölkə onsuz da başdan-ayağa, qarabağlıların ya gəncəlilərin dediyi kimi, “xajalatdır”…

Qayıdaq Jalə xanımın könüllü yığmağına…

Və əgər mən  yaşıma görə bu könüllülüyə yaramıramsa, deməli, plastik kütlə generalı Axundov da yaramır, çünki bu general elə mən yaşdadır..

İndi başa düşdünüz Jalə Əhmədova niyə könüllü axtarır?

Yəqin indi boksçular, güləşçilər, gimnastlar Jalə xanımın qapısında növbəyə düzülüblər… Jalə xanım da onları İkinci Yekaterina kimi çeşidləyir…

Bu işin ən yaxşı tərəfi odur ki, Azərbaycan elminə, mədəniyyətinə görə tarixlərə düşməsə də, belə xanımların hesabına düşəcək. Bəlkə Jalə xanımm adını İkinci Yekaterina ilə yanaşı çəkəcəklər.

Fəxrimizdir…

Mirzə ƏLİL

30.01. 2022, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRHAD BABAYEV

Стандартный

Babayev Fərhad Məhərrəm oğlu 30 yanvar 1992 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Suraxanı rayonu 278 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu il yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2011-ci ilin iyul ayında hərbi xidmətini bitirmiş,  sonra özəl sektorda sürücü vəzifəsində işləmişdir.

28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilmişdir. Füzulinin azad edilməsiXocavəndin azad edilməsiQubadlının azad edilməsi döyüşlərində iştirak etmişdir. 24 oktyabr 2020 ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə həlak  olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMİN NƏCƏFOV

Стандартный

Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999HəsənabadNeftçala rayonu – 9 oktyabr 2020Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.

Elmin Nəcəfov 31 yanvar 2017-ci ildə  xidmətə yollanmış,  əvvəlcə Gəncədə, daha sonra Qazaxda baş atıcı-qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində sentyabrda könüllü olaraq  Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.  Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə Ermənistan qüvvələri tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur. O, 21 noyabrda  Neftçala rayonunun Həsənabad qəsəbəsində dəfn edilmişdir.