Daily Archives: 29.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜBHAN KƏRİMOV

Стандартный

Sübhan Murtuz oğlu Kərimov (29 yanvar 1996Qıraq KəsəmənAğstafa rayonu — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub.  2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi.

Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Sübhan Kərimov noyabrın 9-da Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMİR KAZIMOV

Стандартный

Əmir İlham oğlu Kazımov (29 yanvar 1998ŞağanXəzər rayonuAzərbaycan — 10 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əmir Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində anadan olmuşdur. Əvvəlcə, Şağan qəsəbəsində yerləşən 124 nömrəli, sonra 230 nömrəli tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra bərbər olaraq çalışmışdır. Subay idi.

Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağdam rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq  29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.  10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak  olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 26 noyabr 2020-ci ildə doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunmuşdur.