Daily Archives: 28.01.2022

XURAL TV-DƏ AKADEMİK SÖHBƏTLƏR

Стандартный

Əvəz ZEYNALLI: Celal efendi, son zamanlar bizim bu akademidən çoklu konuşmalar var. Men kenimden soruşuram: niyə bizim elmimiz bu kadar geridir? Bizim gözəl türk millətimizi elmdə birinci olmağa qoymuyan kimlərdir əcaba? Axı türkün kafası yer üzündə bütün millətlərin kafasından yekə  ve aynı zamanda tutumludur. Men sizə bir olay danışım. Mən Türkiyede okuyurken orda bele bir etkinlik baş verdi. Bir türk çocuğu, cekkiz-doqquz yaşında, adi bir türk yavrusu. Şimdi görün, efendim, bu çocuq neylər. Bu körpə girer NASA-nın akkauntuna, bu akkauntda şifrələrin hamısını açar, sonra Amerikanın en önemli bir peykini Amerikanın orbitinden çıkarar, fırladar bu peyki, hərlədər, sonra salar öz məhəllələrinin orbitinə. NASA-da hamı bir-birinə dəyər, bu peyki altı ay axtararlar, altı aydan sonra yerini öyrənərlər. O körpənin, efendim, babasına, annesine bir milyon dollar verirlər, özünü də aparırlar Amerikaya, NASA-ya.

Sərdar CƏLALOĞLU: Əvəz bəy, siz çox gözəl əhvalat danışdınız. Ancaq mən təəccüblənmədim. Niyə? Çünki yer üzündə türk intellektinə bərabər intellekt yoxdur. Siz Qurbanqulu Berdımhəmmədova baxın. Bu insan təkcə bitkilərdən iyirmi kitab yazıb. Özü ilk türkmən peykinun modelini yradıb, indi o peyk uçmaqdadır. Gecələr balkondan özüm türkmən peykinə baxıb qürrə duyuram. Peykin içində iki türkmən qardaşımız da oturub, mənə bir neçə dəfə əl eləyiblər. İndi mən sizə başqa bir əhvalat danışmaq istyəyirəm. Siz bilirsiniz ki, akademik Pavlov şərti refleksləri öyrənəndə itin bir vəzisindən şirə alıb. Amma bizim Naxçıvanın Danabaş kəndindən olan fizioloq itin dörd vəzisindən şirə alıb.

Əvəz ZEYNALLI: Eləmi, efendim? Güzel, çok güzel!

Sərdar CƏLALOĞLU: Bəli, Əvəz bəy. Bizim danıbaşlı hər itdən bir vedrə şirə yığırmış…Ancaq biz türkləri dünyada sevmirlər, çünki qorxurlar. Pavlova bir vəziyə görə Nobel mükafatı verdilər, bizim danabaşl iti əməlli-başlı sağdı, ona heç nə vermədilər… O ki qaldı NASA-ya, Əəz bəy, NASA-nı Amerikada yaşayan türklər yaradıblar. “NASA” əslində “NƏSƏ”-dir, yəni göydə nəsə var, biz onu öyrənirik. Bu sözü tərsinə oxuyanda olur “ASAN”, yəni türklər o qədər zehnlidilər ki, sözün üzünü də, astarını da  görürlər…

Əvəz ZEYNALLI: Ben heyret içinde bulunuram, Celal efendim. Çok güzel, çok razıyam sizdən. İyi akşamlar!

Mirzə ƏLİL

28.01. 2022, Samara

VƏTƏN MÜJARİBƏSİNDƏ HƏLAK OLANLAR: SEYMUR SƏRXOŞOV

Стандартный

Seymur Sərxoşov (tam adı: Seymur Ramiz oğlu Sərxoşo)   1987-ci il yanvarın 28-də Bakı şəhəriQaradağ rayonuQızıldaş qəsəbəsində doğulmuşdur. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır.

2004-cü ildə orta məktəbi bitirdikdən sonra «Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)» ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır.

Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün  Seymur da ordu sıralarına qayıtdı.  Füzulidə könüllü hərbi batalyona qoşulan Seymur 14 oktyabra qədər Qubadlı rayonuna qədər gəlib çıxa bilmişdi. Elə həmin gün Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərmi atəşi nəticəsində Seymur qəhrəmancasına həlak oldu. 19 oktyabrda yaşadığı Qızıldaş qəsəbəsində torpağa tapşırıldı.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ CƏFƏROV

Стандартный

Araz Səmədağa oğlu Cəfərov (28 yanvar 1993QarazəncirCəlilabad rayonu – 2 dekabr 2020Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və 2 dekabrda doğulduğu Qarazəncir kəndində dəfn eilib.