VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAHİD QURBANOV

Стандартный

Vahid Elşad oğlu Qurbanov (27 yanvar 2001ƏyyubluTovuz rayonu — 30 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vahid Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub.  2007-2016-cı illərdə E.Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016-2018-ci illərdə K.D.Uşinski adına 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Vahid Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Xocavənd döyüşləri zamanı həlak olub. Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.