Daily Archives: 26.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRLAN QULİYEV

Стандартный

Tərlan Mehman oğlu Quliyev (26 yanvar 2000ƏrçivanAstara rayonu – 14 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Quliyev Tərlan Mehman oğlu 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.  Subay idi.

Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli döyüşləri zamanı həlak olub. Astara rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN İSMAYILOV

Стандартный

Elməddin Niyaməddin oğlu Qəhrəmanov (26 yanvar 1997Kəngərli rayonuAzərbaycan — 6 oktyabr 2020Ağdam rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Elməddin Qəhrəmanov 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2003-2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Elməddin Qəhrəmanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Leytenant Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhid olub. Kəngərli rayonunda dəfn edilib.