VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELXAN RAMAZANOV

Стандартный

Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000DanaçıZaqatala rayonu – 22 oktyabr 2020Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.

2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi.

Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də vəfat edib olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.