VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OANLAR: RAMİQ MİKAYILOV

Стандартный

Ramiq Mikayılov (Ramiq Namiq oğlu Mikayılov; 25 yanvar 1993OvçuluŞamaxı rayonu – 30 sentyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Ramiq Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.

1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı.

Ailəli idi. Bir oğlu yadigar qaldı.

Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən ı hərbi hissəsində xidmət edirdi.  Baş leytenant Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da həlak olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.