Nəcəf Şikar oğlu Şikarov (24 yanvar 1985; Şamaxı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.
Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam orta məktəbində, 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi.
Kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.