Elçin Məcid oğlu Qurbanov (22 yanvar 2002, Xanlıqlar, Qazax rayonu – 4 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Elçin Qurbanov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Elçin Qurbanov noyabrın 4-də Şuşa döyüşləri zamanı həlak olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.