Daily Archives: 22.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRLAN EYNİYEV

Стандартный

Tərlan Gölişad oğlu Eyniyev (22 yanvar 1993Yardımlı rayonuAzərbaycan — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Tərlan Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı həlak olub. Xəzər rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN QURBANOV

Стандартный

Elçin Məcid oğlu Qurbanov (22 yanvar 2002XanlıqlarQazax rayonu – 4 noyabr 2020Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.

2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elçin Qurbanov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılXocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elçin Qurbanov noyabrın 4-də Şuşa döyüşləri zamanı həlak olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.