Aslan Süleyman oğlu Rzayev (21 yanvar 1995, Maştağa – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.
Aslan Rzayev 1995-ci il yanvarın 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.
Ailəli olub və bir oğlu var.
Aslan Rzayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 13-də həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.