Daily Archives: 19.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: YUNİS ƏLİYEV

Стандартный

Yunis Zaur oğlu Əliyev (19 yanvar 2000Bakı – 5 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəriVətən müharibəsi şəhidi.

Yunis Əliyev 19 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Səfiyan kəndindən idi. Təhsilini əvvəl Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı məktəbdə, daha sonra 327 saylı tam orta məktəbdə almışdır. 

24 yanvar 2020-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra Tap Qaraqoyunlu kəndində davam etdirmişdir. Hərbi xidmətdə pulemyot kalaşnikov avtomatının təlimini keçmişdir. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqda ön cəbhəyə göndəriib.  3 oktyabr 2020-ci ildə Suqovuşan‘ın işğaldan azad olunmasında da böyük şücaət göstərib.  5 oktyabr 2020-ci ildə Ağdərədə gedən döyüşlərdəBatambara meşəsində  döyüş tapşırığını layiqincə yerinə yetirərkən qəhrəmancasına həlak olub. Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама