VƏTƏN MÜHARİBƏSİNDƏ HƏIAK OLANLAR: CİLİNGİR NƏBİYEV

Стандартный

Cilingir Azad oğlu Nəbiyev (18 yanvar 1996Tovuz rayonu – 27 oktyabr 2020Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Cilingir Nəbiyev 1996-cı il yanvarın 18-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub.[1] 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində «Texnologiya müəllimliyi» üzrə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Cilingir Nəbiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn edilib.

Обсуждение закрыто.