Daily Archives: 18.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HİKMƏT ABBASLI

Стандартный

Hikmət Zahir oğlu Abbaslı (11 noyabr 1999Beyləqan rayonuAzərbaycan — 9 noyabr 2020MuxtarŞuşakənd istiqaməti, Xocalı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hikmət Abbaslı 18 yanvar 1999-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə təhsilini Bakı Humanitar Kollecində davam etdirmişdir. hərbi xidmətini bitirdikdən sonra siqnalizasiya və təhlükəsizlik şirkətlərinin birində çalışmışdır. Subay idi.

Hikmət Abbaslı 2017-2018-ci illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Naxçıvanda yerləşən «N» saylı hərbi hissədə etmişdir. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət edirdi.

Hikmət Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Vətən müharibəsində iştirak etmişdir. CəbrayılınXocavəndinFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində həlak olmuşdur. Onun nəşi 10 noyabr tarixində ərazidən çıxarılmış və 11 noyabr tarixində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏIAK OLANLAR: CİLİNGİR NƏBİYEV

Стандартный

Cilingir Azad oğlu Nəbiyev (18 yanvar 1996Tovuz rayonu – 27 oktyabr 2020Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Cilingir Nəbiyev 1996-cı il yanvarın 18-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub.[1] 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində «Texnologiya müəllimliyi» üzrə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Cilingir Nəbiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn edilib.