Bəhruz Hüseyinov (17 yanvar 1994, Yolüstü, Salyan rayonu – 19 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Aprel döyüşlərinin iştirakçısı.
Bəhruz Yavər oğlu Hüseynov 17 yanvar 1994-cü ildə Salyan rayonunun 1-ci varlı kəndində anadan olmuşdur. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur.
2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilmişdir. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.