VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD CƏFƏROV

Стандартный

Fərid İsmixan oğlu Cəfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəfərov Fərid İsmixan oğlu 13 yanvar 1998-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub.

Fərid Cəfərov 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərid Cəfərov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı həlak olub. Yevlax rayonunda dəfn edilib.

Обсуждение закрыто.