Daily Archives: 11.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD KƏLBİYEV

Стандартный

Murad Kəlbiyev (tam adı: Murad Məmmədziyad oğlu Kəlbiyev; 11 yanvar 1996QusarAzərbaycan — 6 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu),.

Murad Kəlbiyev 1996-cı il yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olub.

Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 6-da həlak olub. Qusar rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT EMİL ƏSƏDOV

Стандартный

Emil Balaqardaş oğlu Əsədov (11 yanvar 1998Salyan rayonuAzərbaycan — 8 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) «Motoatıcı» ixtisası üzrə alıb.

Emil Əsədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində taqım komandiri olaraq HadrutunFüzulininQubadlınınXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı həlak olub. Salyan rayonunda dəfn edilib.