Elçin Surxay oğlu Cəbrayılov (10 yanvar 1982, Sumqayıt – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Kiçik çavuş Elçin Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Füzuli döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.