
Vüqar Məmmədov (9 yanvar 1994; Sumqayıt, Azərbaycan – 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Vüqar Məmmədov 1994-cü ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbə daxil olaraq, 2011-ci ildə oradan məzun olmuşdur. 2011—2015-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır.
2015-ci ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları sıralarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədovun xidməti müddətində Azərbaycan—Ermənistan orduları arasında dördgünlük müharibə baş vermişdir.
Əsgər Məmmədov döyüşlərin ilk günlərindən etibarən həmin müharibədə iştirak etmişdir. Hərbi xidmətdə topçu vəzifəsində və manqa komandiri kimi xidmət etmişdir. 2017-ci ilin yay aylarından etibarən yaşadığı Sumqayıt şəhərində marketdə mühafizəçi və digər işlərdə işləmişdir.
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan—Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladıqdan sonra könüllü olaraq cəbhəyə getmişdir. 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində həlak olmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.