
Vüsal Sübbuh oğlu Babayev (8 yanvar 1992; Pirallahı rayonu, Bakı şəhəri — 21 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı.
Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib.
Baş leytenant 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsində vuruşub. 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində həlak olub.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.