RUS İMPERİYASI OLMASAYDI, HACI RAMİN BƏLKƏ BAKI HAMAMINDA KİSƏ ÇƏKƏRDİ…

Стандартный

“Allah bu Rusiyanı mehvi-nabud eləsün, ne isteyir bu türklerden!” – bunu “Həci” Ramin Buzovnalı deyir.

Bu ad meyxanaçıya daha çox yaraşır. Ya da tamadaya. Ancaq “Həci” Ramin siyasi veriliş aparır. Yanında da başqa bir “həci” oturub. Həci Abid. İkisi də tat ləhcəsiylə danışır. Onlara elə gəlir ki, Bakı ləhcəsiylə danışırlar. Ancaq Bakı ləhcəsini tat, dağlı danışığı, ləhcəsi yaradıb. Tat ləhcəsinin təsiri olmasaydı, bakılılar da şamaxılılar kimi danışardılar, salyanlılar kimi danışardılar.

Bir izləyici Həci Ramindən soruşdu ki, “bağışlayın, siz tatsınız?”. Həci Ramin dəvə kimi qızdı? “Köpək oğlu köpək, it oğlu it!”

Mən məəttəl qaldım. Məgər Həciyə söyüş söymək caizdir? Mən üzümü tuturamYouTube-un cümə mollası  Şeyx Sərdar Cəlaloğluna və soruşuram: “Ya şeyx, Həciyə söyüş söymək caizdir?”

Şeyx Sərdar Cəlaloğlu ağıl dəryasıdır, yəqin sualıma cavab verər, məni məəttəl qoymaz.

Buzovnalı Həci deyir ki, bu Rusiya türkləri yaman günə qoyub.

Da neujeli?

Şeyx Sərdarın Qardaşı Qurban Məmmədli öz kanalında bir dəstə qaragüruhçunu başına toplayıb mövhumat yayır. Paşa Həsənlini eşitmisiniz? Bu adaın ağzına gərək tikiş atıla ki, cəfəngiyyat danışıb ona qulaq verən sadəlövh zəvzəklərin xarab başını daha da xarab eləməsin.

Bunlar deyirlər ki, Rusiya türkləri yaman günə qoyub.

Rusiya mərkəzi Asiyaya glməsəydi, orda türk dövlətləri olardı? Lenin milli siyasəti olmasaydı, Özbəkistan olardımı? Olmazdı. Buxara xanlığı olardı, Səmərqənd olardı. Özü də əhalinin əksriyyəti tacik.

Özbəkistan olmazdı.

Qazaxıstan dövlətini Lenin milli siyasəti yaratmayıbmı? Qazaxıstan adlı dövlət haçan olub? Qazaxlar harda olublar, kim olublar?

Qırğız dövləti necə? Belə dövlət olub?

Baxın, türkmənlər ruslarsız necə dövlət qururlar. Bu, dövlət deyil, dəlixanadır.

İranda iyirmi milyondan çox azərbaycanlı var. Azərbaycan dövləti yoxdur. On doqquzuncu əsrin iyirminci illərindəki Rusiya-İran müharibələrində Rusiya yox, İran qalib gəlsəydi, indiyəcən Azərbaycan dövləti olmazdı.

Mərkəzi Asiyada Rusiyasız bəlkə də Türküstan adlı bir feodal dövləti olard. Əfqanıstan kimi. Nə özbək, nə qırğız mədəniyyəti, akademiyası, ədəbiyyatı, kinosu olardı. Çalıb-oxumaq da qadağan olardı.

Əfqanıstanda milyonlarla  özbəyin, türkmənin dövləti yoxdur. İki min il qabağın tayfa adətlərini İslam adlandırıb insanları hər cür ərdi azadlıqlardan, ləyaqətdən mərhum eləmiş qəddar bir cəmiyyətdə yaşayırlar. Üst-başlarını kir basmış, göbəklərinə qədər saqqal uzatmış avtomatlı kişilər, başlarına kisə keçirilmiş qadınlar, dar ağacları, edamları… Ruslarsız Orta Asiyada da bu olardı. Ayrı şey olmazdı.

Çində on üç milyon uyqur var, ancaq uyqur dövləti yoxdur. Bir milyon uyquru Çin hökuməti «əmək düşrgələri»ndə tərbiyə edir…

Çingiz Aytmatov sovet imperiyasının yazıçısıdır. Eləcə də Muxtar Auezov.

Buzovnalı Həcilər və Qurban Məmmədlinin başına yığdığı qaragüruhçular göz yaşı axıdırlar ki, Rusiya türkləri bir-birindən ayırırb çoxlu millətlər yaradıb.

Belədirsə, Rusiyaya sağ ol deyin. Siz deyirsiniz  biz min beş yüz il, min il qabaqkı kimi tayfa halında qalaydıq? Xalqlar, millətlər və milli şüur, milli identiklik yaranmasaydı nə Vaqif olardı, nə Axundov, nə Üzeyir Hacıbəyov. Ancaq «biz azərbaycanlı deyilik, biz türkük» deyib mələyən demaqoqların millət olmağa, millət səviyyəsiə qalxmağa, abad dövlət qurmağa  dalları çatışmır, ona görə osmanlının dalına girməyə fürsət axtarırlar.

Bir tərəfdən yapışırsan fars şairi Niuzamnin ətəyindən, deyirsən mənimdir, digər tərəfdən deyirsən biz gərək tayfa halında qalaydıq. Tayfa halında olan insanlarn içindən Nizami çıxa bilməzdi! Yerш gəlmişkən, Nazamini “rəsmən” Azərbaycana Stalin verib. Sovet hakimiyyətiniə qədər kim Nizamini tanıyırdı? Kim fars dilini bilirdi ki, onu oxuya. Bu gün Nizamini Rəsul Rzanın, Süleyman Rüstəmin yöndəmsiz tərcüməsində oxuyanlar deyirlər ki, bu bizim şairimizdir. Yalançının lap…

Sən nə bilirsən Nizami nə yazıb. Əvvəl otur fars dilini öyrən…

Bizim mədəniyyətdə, elmdə bütün nailiyyətlətimiz, inkişafımız Rusiya imperiyası ilə bağlıdır. Bunu danmaq heyvanlıqdır. Yəni ki, faktı danmaq olmaz. Azərbaycanın Rusiyasız hansı vəziyyətdə ola biləcəyini görmək çox asandır: qanrılıb İran Azərbaycanına baxın. Orda buzovnalı həcilər You Tube-da oturub saatlarla məzələnmirlər. Orda belə həciləri avtomobil kranından asırlar.

Qazaxların dövlət ola bilmədiyinə, sivil xalq ola bilmədiyinə ancaq təəssüf etmək olar. Bu, ruslatın günahı deyil. Çünki qazaxlar hələ milllət olmayblar, bunun üçün tələb olunan inkişaf yolunu keçməyiblrər, içərilərində çoxlu cahilik və vəhşilik var. Onlar övlət qurmaq üçün on illlərlə, əsrlərlə çalışmayıblar, qan tökməyiblər, dövləti n hazırını bolşeviklərdən alıblar.

Arağı bir az çox içən qazaxları görmüsünüz?

Mən görmüşəm. Qorxulu tamaşadır…

Səhv etmirəmsə, 2006-cı ildə Şevçenko (Aktrau) şəhərində iğtişaşlar olanda qazax qardaşlar (!) azərbaycanlları qovmurdularmı? Bizim soydaşlarımız onda canlarını götürüb qaçırdılar…

1989-cu ildə özbəklər mehseti türklərinə qarşı soyqırım törətdilər. Uşaqları, qocaları diri-diri yandırır, hamilə qadınların qarnını cırırdılar… İndi «sadə» özbəyi qurdalayın, silkələyin, görəcəksiniz ki, «sadə» özbək törətdikləri soyqırımdan peşman deyil, əksinə, razıdır ki, «mehseti türkləri probllemini», Hitler deyən kimi, birdəfəlik həll edə biliblər…

1990-сı ildə Üzgen və Oşda qırğzlarla özbəklər arasında baş verən qırğında təkcə qırğızladan 1200-ə yaxın adam öldürülüb. Qeyri-rəsmi məlumatlara görə davalarda 10 minə qədər insan qırılıb.

2010-cu ildə Oşda və Cəlilabadda özbəklərlə qırğızların davasında 500-dən çox adam öldürülüb.

Son otuz ildə qırğızlarla özbəklər dönə-dönə bir-birlərini qırıblar. Onlar hətta Rusiyada da vaxtaşırı davalaşırlar. Bunları rus eləmir, rus, əksinə, yüz minlərlə özbəyə, qırğıza iş verir, onlar burda milyardlarla pul qazanırlar. Bunlar bu xalqların primitivliyindən, tayfa instiktləri ilə yaşamaqlarından, qanun tanımadıqlarından irəli gəlir.

Mərkəzi Asiyanın türk dövlətləri  otuz il ərzində Azərbaycanı işğal etmiş Ermənistanla bir hərbi blokda olublar indi də ordadırlar. Yəni bizim düşmənimizlə müttəfiqdirlər. Onlarla nə qardaşlıq?

Qazax xalqının sərvətinui kim oğurlayır, mənimsəyir? Ruslar ya qazaxlar?

Rusiyada qazax, özbək, azərbaycanlı milyarderlər var. Özbəkistanda rus milyarderi var? Qazaxıstanda var? Azərbaycanda var?

İndiki Rusiya ilə, Putin Rusiyası ilə münasibətlər başqa, Rusiya imperiyasının Cənubi Qafqazda, Mərkəzi Asiyada rolu başqa. Putin rejimi Rusiyanın özü üçün də ziyanlı və təhlükəlidir. Bütövlükdə Rusiya imperiyasının rolu isə müsbətdir. Azərbaycan bir vaxt Rusiya imperiyasının tərkibinə keçməsəydi, Həci Raminlər, Həci Abidlər Bakı hamamlarında kisə çəkərdilər… Sərdar Cəlaloğlu isə yəqin Naxçıvanda qoyun otarardı…

Mirzə ƏLİL

08. 01. 2022, Samara, RF

Обсуждение закрыто.