Daily Archives: 07.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAKİT İSMAYILOV

Стандартный

Sakit İsmayıl oğlu İsmayılov (7 yanvar 1985AranŞəki rayonu – 23 oktyabr 2020AğdərəTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Sakit İsmayılov 1985-ci il yanvarın 7-də Şəki rayonunda Aran kəndində anadan olub.  Ailəli idi. 2 övladı yadigar qaldı.

Sakit İsmayılov 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2011-2018-ci illərdə Manqa Komandiri olub.

 Sakit İsmayılov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Ağdərə istiqamətində şəhid olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HACIRZA HACIYEV

Стандартный

Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 19992009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.

20102012 -ci illərdə Gədəbəydə «N» saylı hərbi hissədə qulluq edib.İkinci Qarabağ müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. FüzulidəCəbrayılda, Hadrutda vuruşub. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına həlak olub.