Daily Archives: 05.01.2022

XATİRƏ CƏBRAYILOVA: ALVERÇİ? KİMYAÇI? FSB AGENTİ?

Стандартный

Kozma Prutkovun 74-cü aforizmi deyir: “Единожды солгавши, кто тебе поверит?” Yəni bircə dəfə yalan danışandan sonra sənə kim inanar.

Qurban Məmmədli bütün şübhəsiz istedadlarına baxmayaraq bircə dəfə yox, çox yalan danışıb, çox manipulyasiyalar etsə də elə onun bədii istedadlarına görə, həmçinin mübarizəsində inadına, türmə çəkdiyinə, əyilmədiyinə görə ona inanmaq istəyirsən. Təəssüf ki, Qurban Məmmədli səndə ona qarşı az-çox inam yaranan anda ya yekə bir yalan danışır, ya gözünün qabağında üskük oynadır. Bu adama əlac yoxdur.

Yanvarın dördündə özünün YouTube kanalına Xatirə Sabir qızı Cəbrayılova adlı qəribə bir gənc qadını çıxarıb onun yaraım saatdan artıq çəkən çıxışını yayıb. Çıxış canlı deyildi. Ekrana xanım Cəbrayılovonın ya Tsereteli ya da Şilov tərəfindən çəkilən parad portreti qoyulmuşdu. Tamaşaçılar bu rəngkarlıq şedevrinə baxa-baxa xanım Cəbrayılovanın səs yazısını dinləyirdilər.

Bu çıxış tonuna, leksikasına görə Cəfər Cabbarlının “1905-ci ildə” pyesində erməni Eyvazın məhkəmədəki nitqinə bənzəyirdi. İttiham olunan bolşevik Eyvaz öz pafoslu monoloqunda çar prokurorlarına, çar hakiminə özü ağır ittihamlar irəli sürürdü. Hətta çar hakimiyyətini damğalayırdı: “Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza!” Eyvaz xəbərdarlıq edirdi ki, tezliklə bu rejimin sonu çatacaq, onu indi mühakimə edənlərin özləri qandallanacaqlar.

Xatirə Cəbrayılovanın da çıxışı təxminən bu ruhda idi. Ancaq onun ittihamı əsasən bir nəfərə — Məleykə Abbaszadəyə qarşı yönəlmişdi. Xatirə Cəbrayılovanın fikrincə bir vaxt onu ali məktəbə qəbul etməyən Məleykə Abbzadənn əsas amalı Azərbaycan gəncliyini kor etməkdir. Xatirə Cəbrayılova Məleykə Abbaszadəyə ultimatum verərək dedi ki, tezliklə Azərbaycana gəlib onu “вынесет из кабинета вперед ногами». Bunu rusca dedi bilindi ki, Cəbrayılova Moskvada dissertasiya müdafiə etsə də, rus dilini elə gözəl də bilmir. Dediyinin azərbaycanca tərcüməsi budur ki, o gəlib Məleykə xanımın ölüsünü kabinetdən çıxaracaq. Və öz dediyindən məlum olurdu ki, bunu FSB-nin köməyi ilə edəcək.

Başqa nə cür edə bilər?

Qurban Məmmədov öz opponentlərinin çoxunu, Azərbaycan ordusunun generallarını və zabitlərini Moskva ilə, FSB ilə əlaqədə ittiham edir. Ancaq onun efirdə az qala buir saat vaxt verdiyi bu azərbaycanlı qız çıxışının yarısını FSB-nin tərifinə həsr edib. Bu xanım utanmadan, abır-həya bilmədən iddia edir ki, “FSB sutkada 24 saat alimləri qoruyur”.

Mənim bu xanımın FSB agenti və informatoru olduğuna şübhəm yoxdur.

FSB alimləri qoruyur? Yalansa sənin…Rusiyada son illər nə qədər görkəmli alim FSB təqiblərinin qurbanı olub? Ali İqtisadiyyat məktəbi, “Vışka”, əslndə darmadağın edilib. Ordan qovulanlar arasında Çingiz Hüseynovun oğlu professor Həsən Hüseynov da var.

Nə qədər tələbə qondarma ittihamlar əsasında tutulub uzun müddətə türməyə salınıb!

FSB-yə deyilən bu təriflər, FSB-nin tərənnümü, əllbəttə, Xatirə Cəbrayılovanın bu orqanla əlaqəsini göstərir. Biokompozitlərlə işləyən Azərbaycan vətəndaşının FSB ilə hökmən əlaqəsi olmalıdır. Ancaq Qurban Məmmədli niyə bu güman edilən FSB agentini və informatorunu Azərbaycanın ən şərəfli qızı kimi təqdim edir? Bundan sonra Qurban Məmmədlinin özünü FSB adam sayanlar haqlı olmayacaqmı?

Bu Cəbrayılova çox qəribə arvaddır. Doğrudan da kimyadan dissertasiya müdafiə edib. Moskvada bir vaxt paltar, mebel satan fərdi sahibkar olduğu barədə də İnternetdə məlimat var. Bu disertasiyanın keyfiyyəti barədə yalnız mütəxəssislər fikir deyə bilərlər. (Google-da  çap olunmuş əsəri yoxdur, bircə patent göstərilir onun da beş müəllifi var, dördü Qubkin institutundan yerli adamlar, beşinci Cəbrayılovadır. Belə kollektiv «ixtiraları»ın qiyməti məlumdur, çox vaxt iş bir nəfərə məxssus olur, qalanlarə ya vəzifəsinə görə qoşulur, ya da «maya qoyur). Ancaq bu xanımın abır-həya bilmədən, özü də Qarabağda FSB hakimiyyətdə olduğu bir vaxt Rusiyanin bu bəd reputasiyalı xüsusi xidmət orqanına təriflər deməsi ona qarşı ikrah doğurur. Bu xanımın fonunda hətta Məleykə Abbaszadə kimi məmurlar da rəğbətli görünə bilərlər…

Qurban Məmmədlinin FSB agenti olduğu güman dedilən Xatirə Cəbrayılova ilə çıxardğı hoqqa göstərir ki, bu istedadlı insanın ciddi əxlaq problemləri var və onun ipinin üstünə odun yığmaq olmaz. İndi bu ipdə rus biokompozit tərkibinin olduğu da görünür…

Xatirə Cəbrayılovanın çıxışı ərzində ekranda hörmətli vəkil İlham Aslanoğlu statik vəziyyətdə oturub heyranlıqla FSB difirambına qulaq verirdi. Deyəsən bu cənab özünü necə FSB poxuna batırdığını hiss eləmirdi…

Mirzə ƏLİL

05.01. 2022, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏNAN TOFİK OĞLU MƏMMƏDOV

Стандартный

Kənan Məmmədov (tam adı: Kənan Tofik oğlu Məmmədov, 5 yanvar 1998MəmmədrzalıCəlilabad – 21 oktyabr 2020SuqovuşanTərtər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Kənan Məmmədov 5 yanvar 1998-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə  həlak olmuşdur.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİYAMƏDDİN MƏHƏRRƏMOV

Стандартный

Niyaməddin İsrail oğlu Məhərrəmov, (5 yanvar 1993; Şəmkir rayonuAzərbaycan — 29 sentyabr 2020; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000–2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur.

Niyaməddin Məhərrəmov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QARA NƏSİROV

Стандартный

Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999Beyləqan rayonu – 8 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-dən tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd döyüşlərində vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.