Mənim xarici dil öyrənməyə qabiliyyətim yoxdur, yəqin yaddaşımım zəiflyindən və kütlüyümdəndir. İngiliscə bircə “futbol sözünü” bilirəm. Bir söz də türkcə biilirəm: “İyi”. Ya da “eyi”. Bu sözü Mirzə Cəlilin felyetonundan öyrənmişəm. Qatmalının biri Mirzəyə ilişir ki, biz gərək osmanlıca danıışaq, əsl dil osmanlı dilidir, biz gərək “yaxşı” deməyək, “iyi” deyək. Mirzə Cəlil də yan-yərəsində danışanlara qulaq verir, görür ki, millətdə “iyi” deyən yoxdur, hamı elə “yaxşı” deyir. Onda üzünü tutur həmn o qatmalıya, deyir ki, mən bir şərtlə “iyi” deyərəm: sən gərək əvvəl mənə bir yer göstərəsən, mən aparıb “millətimin” yaxşı sözünü aparıb ora tullayım…
Bilənlər bilirlər, mən xalqımızın dahi oğlu, fenomenal nasir, fundamental tədqiqatçı, haqq aşiqi Əvəz Zeynallını fanatıyam.You Tube-da ayrı heç nəyə baxmıram, elə Əvəz Zeynallıya baxıram. Rusların məsəli var: böyük gəmi gərək böyük dəryalarda üzə. İndi əvəzsiz Əvəz Zeynallı da böyük dəryalara çıxıb, oturub İstanbulda, ordan bütün türk dünyasını maarifləndirir. İndi mən osmanlının dilini bilmədyimə çox təəssüflənirəm. Çünki İstanbulda Əvəz əfəndi yarı bizim dildə, yarı osmanlıca danışır ki, özbək də, qırğız da, türkmən və Türkmənbaşları da onu eşidib bir az maariflənsinlər. Mən də qalıram girinc. Əvəz Zeynallı özü demişkən, yaxşı anlamıyorum ki, bu dünya dahisi nə danışır. Bir “iyi” sözünü başa düşürəm. Ancaq “iyi” sözünü Əvəz əfəndi az-az işlədir. Daha çox “kötü” sözünü işlədir. Yəni Azərbaycanda hər şey “kötüdür”, hamı kötüdür, məmur kötüdür, deputat kötüdür, polis kötüdür, müəllim, həkim kötüdür... Nə gizlədim, əvvəl elə bildim ki, “kötü” azərbaycanlıların çox utandıqları, heç vaxt dillərinə gətrmədiyi sözdür. Yəni bədənin qabaran və yumru orta-arxa hissəsinin adı ki, ruslar buna “jopa” deyirlər. Vallah, bunu fikirləşəndə öz-özümdən xəcalət çəkdim, inana bilmirdim ki, Əvəz Əfəndi rusların “jopa” dediyi ayıb yerin adını dilinə gətirər, özü də rus işğalçılarının Xankəndidə fironluq elədiyi bir vaxt. Soruşmağa da utanırdım. Bir də ki, kimdən soruşasan Rusiyada? Ruslar “jopa” bilirlər, “”kötü”nü nə qanırlar. Bu sözü dilimə gətirə bilməyib Azərbaycanda bir tanışıma utana-utana yazdım ki, bu “kötü” nə olan şeydir. Tanışım dedi ki, Mirzə, bi kötü sən fikirləşən kötüdən deyil, Allah osmanlılara insaf versin, onların dilində “kötü” «pis” deməkdir… Yəqin osmanlılar bu sözü rusların “jopa” dediyi yerdən çıxarıblar…
Lənət şeytana! Qulaqlara qurğuşun…
Möhtərəm Əvəz əfəndi! Mirzə Əlil sənin fanatındır. Ancaq səndən bir xahişi var: hər dəfə “kötü” deyəndə, qabağına bir “türkün” məsəli qoy, yoxsa millətimiz səhv başa düşər, elə bilər ki, “jopa” deyirsən… Özün də başına bir fəs qoy, vallah, sənin İstanbulda bircə fəsin çatışmır. Deyərdim ki, saqqal darağın çatışmır, ancaq saqqalın yoxdur.
Keyifli günler ve akşamlar, efendim!
Mirzə ƏLİL
04.02. 2022, Samara
Для отправки комментария необходимо войти на сайт.