Daily Archives: 03.01.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NÜSRƏT MEHDİYEV

Стандартный

Nüsrət Telman oğlu Mehdiyev (3 yanvar 1999Sabirabad rayonuAzərbaycan — 29 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nüsrət Mehdiyev 1999-cu il yanvarın 3-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olub. Subay idi.

Nüsrət Mehdiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da həlak olub. Sabirabad rayonunda dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏCƏB HÜSEYNOV

Стандартный

Rəcəb Nazim oğlu Hüseynov (3 yanvar 1994; Aşağı ÖysüzlüTovuz rayonu — 9 noyabr 2020; Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəcəb Hüseynov 1994-cı il yanvarin 3-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.[2000–2011-ci illərdə İ. Bayramov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Rəcəb Hüseynov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Rəcəb Hüseynov noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN QƏDİROV

Стандартный

Şahin Bayram oğlu Qədirov (3 yanvar 1990ÇeyildağQaradağ rayonu — 5 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri.

Şahin Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olmuşdur. 1996-2005-ci illərdə Siyavuş Muradov adına 224 nömrəli məktəbdə orta təhsil almışdır. Ailəli idi, Bayram adlı övladı yadigar qaldı.

2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət  sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər Şahin Qədirov Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi iştirak etmişdir. 

 Şahin Qədirov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,  5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yeirnə yetirilməsi zamanı həlak olmuşdur. Qaradağ rayonunda dəfn edilmişdir.