VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOĞRUL BAYRAM OĞLU ABBASOV

Стандартный

Toğrul Bayram oğlu Abbasov (31 dekabr 1990Ağcabədi rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Toğrul Abbasov 1990-cı il dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

Toğrul Abbasov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə idi.

Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunda dəfn edilib.

Обсуждение закрыто.