Namiq Natiq oğlu Quliyev (29 dekabr 1994; Bakı, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.
Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi. 1996-cı ildə Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin «Tətbiqi Riyaziyyat» faкultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə «Kompyuter elmləri» ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra «Uber» və «Simbrella» firmalarında çalışıb. Subay idi.
Для отправки комментария необходимо войти на сайт.