VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOSİF ABDULLAYEV

Стандартный

Tosif Vidadi oğlu Abdullayev (8 dekabr 1998Cəlilabad rayonuAzərbaycan — 14 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tosif Abdullayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Tosif Abdullayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn edilib.

Обсуждение закрыто.