VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN HİKMƏT HACIYEV

Стандартный

Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984ŞəmkirAzərbaycan — 8 noyabr 2020BakıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır.  Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 20022006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.

2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır.

 Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanmış və reanimasiyaya yerləşdirilmişdir. 8 noyabr 2020-ci ildə vəfat edib.  Ailəli idi. 7 yaşlı oğlu və 2 yaşlı qızı yadigar qaldı.

Обсуждение закрыто.